Bütün xəbərlər
Tramp və Si Cinpinin gələn həftə danışacağı gözlənilir
Tarix: 01-06-2025 21:03 | Bölmə: Karusel

ABŞ prezidenti Donald Tramp və Çin sədri Si Cinpin arasında söhbətin gələn həftə baş tutacağı gözlənilir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli İqtisadi Şurasının direktoru Kevin Hassett bildirib.
“Biz gözləyirik ki, prezident Tramp bu həftə prezident Si ilə ticarət danışıqları ilə bağlı gözəl müzakirə aparacaq”, o, "ABC News"ə bildirib.
Onun sözlərinə görə, hazırda iki lider arasında baş tutacaq söhbətin dəqiq tarixini deyə bilməz.
"Beynəlxalq münasibətlərdə siz heç vaxt bilmirsiniz, lakin mənim gözləntim hər iki tərəfin danışmaq istəyini ifadə etməsidir", - Hasset yekunlaşdırıb.
Mayın 30-da ABŞ prezidenti Donald Tramp Çin prezidenti Si Cinpinlə telefonla danışa və iki ölkə arasında ticarət məsələlərini həll edə biləcəyinə əminliyini ifadə edib.
Mayın 12-də Vaşinqton və Pekin tariflərin qarşılıqlı azaldılmasını ehtiva edən ticarət sazişi imzalayıb. Razılaşmanın şərtlərinə görə, ABŞ Çin mallarına rüsumları 142%-dən 30%-ə, Çin isə Amerika mallarına rüsumları 125%-dən 10%-ə endirəcək. Mayın 30-da Tramp Pekini sazişi pozmaqda ittiham edib.



Baxış sayı: 48


Bölməyə aid digər xəbərlər
31-05-2025, 15:52 İqor Muravyov vəfat edib