15:52 / 31-05-2025
İqor Muravyov vəfat edib
Bütün xəbərlər
4,8 bal gücündə zəlzələ qeydə alınıb
Tarix: 31-05-2025 11:32 | Bölmə: Karusel

Mayın 31-də yerli vaxtla saat 14:13-də (Moskva vaxtı ilə 06:13) Kuril adalarının cənubundakı Oxot dənizində 4,8 bal gücündə zəlzələ baş verib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, lakin yeraltı təkanlar sunamiyə səbəb olmayıb.
Yujno-Saxalinsk seysmik stansiyasının rəhbəri Yelena Semenovanın RİA Novosti-yə aydınlıq gətirdiyi kimi, zəlzələnin episentri 166 kilometr dərinlikdə yerləşib.
"Zəlzələnin episentri İturup adasındakı Reydovo kəndindən 33 kilometr şərqdə olub", - Semenova qeyd edib.
Yeraltı təkanların hiss olunduğu barədə məlumat verilməyib.
Bundan əvvəl məlum olub ki, mayın 30-da Saxalin vilayətindəki Kuril adaları ərazisində son 24 saat ərzində beşinci zəlzələ qeydə alınıb.



Baxış sayı: 47


Bölməyə aid digər xəbərlər