Çərşənbə axşamı, 17 iyun 2025, 06:38:36  
Son xəbərlər:
Bütün xəbərlər
Polis əməkdaşlarına hücum edən avtomobilin sərxoş sərnişinləri tapılıb
Tarix: 31-05-2025 11:21 | Bölmə: Karusel

Sankt-Peterburqda yol polisi əməkdaşlarına hücumda şübhəli bilinən iki nəfər saxlanılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə mayın 31-də vilayət polisinin mətbuat xidməti məlumat yayıb.
Mayın 28-nə keçən gecə İvanovskaya küçəsində polis əməkdaşları sənədləri yoxlamaq üçün xarici avtomobili saxlayıblar. Bu, maşını sənədsiz və sərxoş halda idarə edən 30 yaşlı sürücünün xoşuna gəlməyib.
Nəticədə sürücü və eyni dərəcədə sərxoş olan iki sərnişini hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum edib. Sürücü dərhal saxlanılıb, onun kişi yoldaşları isə qaça biliblər.
"Avtomobilin sürücüsü barəsində inzibati xəta haqqında protokollar tərtib edilib.Polisin materialları istintaq orqanlarına verilib və onlar prosessual qərar qəbul ediblər", - məlumatda deyilir.
Daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları əcnəbi avtomobilin iki sərnişinini aşkar edərək saxlayıblar.



Baxış sayı: 108


Bölməyə aid digər xəbərlər