15:52 / 31-05-2025
İqor Muravyov vəfat edib
Bütün xəbərlər
"Yle": Finlandiya polisi "Eagle S" hadisəsi ilə bağlı təhqiqatı başa çatdırıb
Tarix: 31-05-2025 10:44 | Bölmə: Karusel

Finlandiya Baltik dənizində sualtı kabel və rabitə xətlərini zədələməkdə şübhəli bilinən "Eagle S" tankerinin ilkin təhqiqatını başa çatdırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, baş prokurorun müavini Jukka Rappenin sözlərinə görə, Baş Prokurorluq bütün sənədləri polisdən alıb və bundan sonrakı qərarlar idarənin mütəxəssislərinin rəyindən asılı olacaq.
“Düşünürəm ki, bununla nə edəcəyinə qərar vermək iki-üç ay çəkəcək”, – Rappe “Svenska Yle” nəşrinə müsahibəsində deyib.
Yerli hüquq-mühafizə orqanlarının məlumatına görə, "EstLink 2" elektrik xətti 2024-cü ilin dekabrında Kuk adalarının bayrağı altında üzən "Eagle S" tankerinin üç ekipaj üzvü tərəfindən zədələnib. Bununla belə, gəminin günahı ilə bağlı heç bir inandırıcı dəlil təqdim edilməyib.
Daha əvvəl Finlandiya rəsmiləri bəyan etmişdilər ki, tanker Rusiya enerji ehtiyatlarının daşınması şübhəsi ilə əlaqədar həbs edilib, lakin bu barədə rəsmi təsdiq yoxdur. Daha sonra martın 2-də həbs götürülüb və ekipajın ölkəni tərk etməsinə icazə verilib.



Baxış sayı: 48


Bölməyə aid digər xəbərlər