15:52 / 31-05-2025
İqor Muravyov vəfat edib
Bütün xəbərlər
Müstəntiqin qətlində şübhəli bilinən şəxs saxlanılıb
Tarix: 30-05-2025 21:18 | Bölmə: Karusel

Abxaziyanın Qaqra rayonunda hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin müstəntiqini qətlə yetirməkdə şübhəli bilinən şəxsi saxlayıblar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volkun özünün Telegram kanalında bildirdiyinə görə, şübhəli şəxs Rusiya və Abxaziya Daxili İşlər Nazirliyinin birgə əməliyyatı nəticəsində cinayətin ardınca saxlanılıb. Onun 29 yaşlı Birobidjan sakini olduğu üzə çıxıb.
Qətl mayın 28-də Soçinin Adler rayonundakı bağ evində törədilib. Şübhəli prosessual hərəkətlər üçün ora aparılıb.



Baxış sayı: 44


Bölməyə aid digər xəbərlər