15:52 / 31-05-2025
İqor Muravyov vəfat edib
Bütün xəbərlər
Gecə saatlarında evdən çıxan 15 yaşlı qızın meyiti tapılıb
Tarix: 30-05-2025 21:13 | Bölmə: Karusel

Azyaşlı qızın meyiti Sevastopolun Monastırskoye şossesində evindən bir qədər aralıda tapılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, məktəbli qız mayın 28-dən 29-na keçən gecə evdən çıxıb.
Şəhər prokurorluğu 15 yaşlı sakinin ölümünün səbəblərini müəyyən etməyi nəzarətə götürüb.
"Azyaşlının yaşadığı bağçadan bir qədər aralıda onun meyiti tapılıb", - məlumatda deyilir.
Yeniyetmə qızın ölümü ilə bağlı cinayət işi açılıb. Bu barədə Rusiya Federasiyasının Krım Respublikası və Sevastopol üzrə İstintaq Komitəsi öz Telegram kanalında məlumat yayıb.
Hazırda müstəntiqlər hadisənin bütün hallarının müəyyən edilməsi üçün lazımi tədbirlər görürlər.



Baxış sayı: 50


Bölməyə aid digər xəbərlər