Bütün xəbərlər
RİA Novosti: MAQATE-nin baş direktoru Qrossi iyunun 6-da Kalininqrada səfər edəcək
Tarix: 30-05-2025 08:16 | Bölmə: Karusel

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi iyunun 6-da Kalininqrada səfər edəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə RİA Novosti-yə adının açıqlanmasını istəməyən mənbə bildirib.
"O, iyunun 6-da Kalininqrada uçur", - agentliyin mənbəsi bildirib.
Hələlik başqa əlavə məlumat verilməyib.
Bundan əvvəl MAQATE-nin mətbuat xidməti Qrossinin yaxın vaxtlarda Rusiyaya səfər edəcəyini açıqlamışdı. Rosatom Dövlət Korporasiyasının baş direktoru Aleksey Lixaçev bəyan edib ki, Rusiya nümayəndə heyətinin MAQATE-nin direktoru Rafael Qrossi ilə növbəti görüşü 2025-ci ilin iyun ayının birinci yarısında baş tuta bilər.



Baxış sayı: 45


Bölməyə aid digər xəbərlər