Bütün xəbərlər
Fidan Rusiyanın Ukrayna ilə danışıqların ikinci raundu ilə bağlı təşəbbüsünü vacib adlandırıb
Tarix: 30-05-2025 00:02 | Bölmə: Karusel


Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvanın təşəbbüsü ilə Rusiya və Ukrayna arasında keçiriləcək danışıqların ikinci raundunu “mühüm hadisə” adlandırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, Ukraynaya gedən qatarda onu müşayiət edən jurnalistlərə bildirib.
"Bütün aspektləri nəzərə alsaq, tərəflərin oturub razılaşmaq üçün yerə ehtiyacı var. Təbii ki, bunun üçün Türkiyə əslində ideal seçimdir. Bildiyiniz kimi, Rusiya tərəfi bunu mənim Moskvaya səfərimdən dərhal sonra açıqladı. Bu, hazırda mühüm hadisədir", - Türkiyə XİN rəhbəri bildirib.
Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ikinci raundu iyunun 2-də İstanbulda keçiriləcək.Görüş zamanı tərəflər davamlı nizamlanmaya nail olmaq üçün hər birinin mövqeyini əks etdirən sənədləri bir-birinə təqdim etməli olacaqlar. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, Rusiya memorandumu artıq hazırdır.



Baxış sayı: 138


Bölməyə aid digər xəbərlər