Bütün xəbərlər
Ukrayna sərhədçiləri Zakarpatyada qaraçılara atəş açıb
Tarix: 29-05-2025 23:57 | Bölmə: Karusel

Ukraynanın Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə qaraçılar arasında Zakarpatya vilayətinin Velikiy Bereznıy kəndində münaqişə baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, sərhədçilər rezin güllələrlə qaraçılara atəş açıblar, ukraynalı jurnalist Vitali Qlaqola Telegram kanalında yazır. Onun sözlərinə görə, münaqişə zamanı bir qadın, bir uşaq, iki hərbçi və zastava rəisi xəsarət alıb.
"Mənim bildiyimə görə, Zakarpatyadakı (Qaraçı) düşərgəsində Velykiy Bereznıda sərhədçilər ilə silahlı qarşıdurma baş verib.Toqquşma zamanı sərhəd maşınlarına doğru daşlar atılıb, iki xidməti maşın zədələnib. Atışma başlayıb, rezin güllələrdən istifadə edilib", - Qlaqola yazıb.
Jurnalist bildirib ki, münaqişə Slovakiya ilə sərhəddən insanların qaçaqmalçılığına kömək etməkdə şübhəli bilinən qaraçılara sərhəd nəzarəti zamanı baş verib. Yoxlamada polis və Milli Qvardiyanın əməkdaşları da iştirak edib.
Sərhədçilərə hücum edən şəxslər saxlanılıb. Onlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı zorakılıq və qəsdən əmlaka ziyan vurmaqda ittiham olunurlar.
Bundan əvvəl Ukraynanın Zakarpat vilayətinin sakinləri səfərbərliyə görə ərazi çağırış mərkəzinin əməkdaşlarına qarşı iğtişaş törədiblər.



Baxış sayı: 35


Bölməyə aid digər xəbərlər