Bütün xəbərlər
Qasırğa 21 ağacı yıxıb, avtomobillərə ziyan vurub, naqilləri qırıb
Tarix: 29-05-2025 23:44 | Bölmə: Karusel

2025-ci il mayın 29-da axşam Bryanskı qasırğalı külək vurdu.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qısa müddət ərzində şəhərin müxtəlif ərazilərində 21 ağacı qırıb.
Bryansk administrasiyası təbii fəlakət barədə öz Telegram kanalında məlumat verib. Qeyd olunur ki, şəhərin Bejitski rayonunda doqquz, Fokinski rayonunda altı, Sovetski rayonunda dörd, Volodarski rayonunda iki ağac aşıb.
Nəticədə elektrik naqillərinə və iki avtomobilə ziyan dəyib.
Energetiklər, yol işçiləri və xilasedicilər qasırğanın nəticələri ilə məşğul olurlar.
Ölən və yaralananlar barədə məlumat verilmir.
Şəhər rəhbərliyi sürücülərdən və piyadalardan diqqətli olmalarını xahiş edir - ağacların altında və ya iriformatlı tikililərin yaxınlığında piyada getməyin və maşın saxlamayın.



Baxış sayı: 134


Bölməyə aid digər xəbərlər