Bütün xəbərlər
Yanğınsöndürənlər çoxmərtəbəli binada baş verən yanğını söndürürlər
Tarix: 29-05-2025 20:08 | Bölmə: Karusel

Paytaxtın Qurevski proezdində çoxmərtəbəli yaşayış binasının eyvanında yanğın baş verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yanğın qismən digər mərtəbələrin eyvanlarına da keçib.
Hündürmərtəbəli binanın səkkizinci mərtəbəsində sakinlərin şəxsi əşyaları yanıb.
Hazırda yanğın lokallaşdırılıb.Yanğın zamanı tələfat barədə məlumat yoxdur, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Telegram kanalında məlumat verilib.
Hadisə yerində Rusiya Fövqəladə Hallar Nazirliyinin 24 əməkdaşı və 8 texnikası işləyir.



Baxış sayı: 35


Bölməyə aid digər xəbərlər