22:37 / 16-04-2026
105 yaşında vəfat edib
Bütün xəbərlər
Ttələbənin meyiti tapılıb
Tarix: 29-05-2025 19:26 | Bölmə: Karusel

Cinsiyyətini qəbul etməyən İnnopolisdən olan 21 yaşlı tələbənin meyiti Tatarıstanda meşədə tapılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı "Maş İptaş" Telegram kanalı yayıb. Qeyd olunur ki, ölən rusiyalı 4-cü kurs tələbəsi olub. O, diplomunu müdafiə etməyə hazırlaşırdı, lakin nadir hallarda universitetdə görünürdü.
"Maş"ın sözlərinə görə, gənc öz cinsindən narazı olub. 22 may 2025-ci ildə o, Telegram kanalında yubkalı fotonu, həmçinin cinsi kimliyinə şübhələrini ifadə etdiyi audio mesajlarını yayımladı. Bundan sonra tələbə meşəyə gedib.
Onun meyiti yaşayış binalarından təxminən 200 metr aralıda meşədə tapılıb. Ölümün səbəbi və hadisənin hansı şəraitdə baş verməsi barədə məlumat verilmir.



Baxış sayı: 183


Bölməyə aid digər xəbərlər