Bütün xəbərlər
İsveçrə Almaniyaya 71 "Leopard 1 A5" tankı satacaq
Tarix: 28-05-2025 23:14 | Bölmə: Karusel

İsveçrənin İqtisadiyyat Nazirliyi Almaniyaya 71 ədəd "Leopard 1 A5" tankının satışını təsdiqləyib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Konfederasiyanın Federal Şurasının saytında məlumat verilib.
Qeyd olunur ki, tanklar yalnız sonradan Ukraynaya təkrar ixrac edilməmək şərti ilə satılacaq. Qadağa müqavilədə öz əksini tapıb.
“Tərəflərin nə tankların, nə də onların komponentlərinin və ya aksessuarlarının Ukraynaya verilə bilməyəcəyinə dair müqavilə zəmanətlərinə əsaslanaraq, planlaşdırılan satış həm də Ukraynadakı vəziyyətlə əlaqədar silah tədarükünə qoyulmuş embarqoya zidd deyildir.
İsveçrə neytral statusa malikdir və konfederasiya qanunvericiliyi ölkələrə silahlarını döyüş bölgələrinə təkrar ixrac etməyi qadağan edir.
2023-cü ilin noyabrında İsveçrə Almaniyanın Rheinmetall konserninə 25 "Leopard 2A4" tankı satdı. Həmin vaxt şərt həm də avadanlıqların Ukraynaya təkrar ixracına qadağa qoyulması idi.



Baxış sayı: 42


Bölməyə aid digər xəbərlər