Bütün xəbərlər
Əcnəbilərə taksi sürücüsü və kuryer işləmək qadağan edilib
Tarix: 28-05-2025 22:47 | Bölmə: Karusel


Sankt-Peterburqda miqrantlara kuryer və taksi sürücüsü kimi işləmək qadağan edilib. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qadağa 2025-ci ilin sonuna qədər qüvvədə olacaq. Müvafiq fərmanı şəhər qubernatoru Aleksandr Beqlov imzalayıb.
Bu barədə məlumat "Smolnıy" saytında yer alıb. Qərar layihəsi “Korrupsiyaya qarşı mübarizə” bölməsində dərc olunub.
Sərəncama əsasən, patent əsasında işləyən xarici ölkə vətəndaşları taksi fəaliyyəti, avtomobil kirayəsi sektorunda işləyə, müxtəlif nəqliyyat növləri ilə kuryer daşımaları və evə ərzaq çatdırılması fəaliyyətini həyata keçirə bilməyəcəklər.
2025-ci il iyulun 1-dən kuryerlərə elektrik velosipedləri, skuterlər və digər zəif hərəkətlilikli nəqliyyat vasitələrini idarə edərkən sürəti saatda 15 kilometr aşmağa icazə verilməyəcək. Bundan əlavə, kuryerlərin yeri- izləmə cihazlarını daşımaları tələb olunacaq.



Baxış sayı: 44


Bölməyə aid digər xəbərlər