Bütün xəbərlər
Üç bloqçu xaçı təhqir etməkdə ittiham olunur
Tarix: 28-05-2025 16:39 | Bölmə: Karusel
Moskva vilayətində bir gənc və iki qız vicdan və din azadlığı hüququnu pozmaqda ittiham olunub. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onlar xaçı təhqir edən videonu internetdə yerləşdiriblər.
Məhkəmə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçib. İş materiallarına görə, təqsirləndirilən şəxslər tərəfindən dini simvollardan istifadə edilən nalayiq hərəkətlər mayın 23-də törədilib. Bu barədə İstintaq Komitəsi öz Telegram kanalında məlumat yayıb.
Müstəntiqlər cinayəti törədən şəxslərin telefonlarını müsadirə edib, onlara məhkəmə-psixoloji, psixiatrik və sənətşünaslıq ekspertizası da təyin edilib.
İnternetdə yayımladıqları kadrlarda gənc oğlan cinsi orqanına xaç vurur və iki qız baş verənləri şərh edir, onlardan biri ona ikona təklif edir, bundan sonra video bitir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları bloqerin səhifəsində qeyri-qanuni maddələri təbliğ edən və istifadə edən külli miqdarda materialların olduğunu müəyyən ediblər.
Hər üçü 2001-2003-cü il təvəllüdlü Balaşixa sakinləridir. Onlar yaşadıqları yerdə saxlanılıblar.



Baxış sayı: 53


Bölməyə aid digər xəbərlər