Bütün xəbərlər
"Krasnodar" klubu braziliyalı müdafiəçi Juballa müqavilə imzalayıb
Tarix: 28-05-2025 16:20 | Bölmə: Karusel


“Krasnodar” futbol klubu 31 yaşlı braziliyalı müdafiəçi Juballa müqavilə imzalayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə komandanın saytı məlumat yayıb.
İkiillik müqavilənin iyunun 1-dən qüvvəyə mindiyi vurğulanır.
"Jubal "Krasnodar"ın futbolçusu olacaq", - klubun saytında deyilir.
Braziliyalı 5 nömrə altında çıxış edəcək. Əvvəllər o, “Arouca”, “Vitoria Guimaraes” və digər klublarda çıxış edib, son 5 ildə isə Fransanın “Oser” klubunda çıxış edərək, 180 oyun keçirib və 20 qol vurub.
Bundan əvvəl Krasnodar tarixdə ilk dəfə futbol üzrə Rusiya çempionu olub. Bu titul qazandıqdan sonra klub üç futbolçu ilə yollarını ayırıb: hücumçu Fedor Smolov, yarımmüdafiəçi Yuri Qazinski və qapıçı Yuri Dyupin.



Baxış sayı: 54


Bölməyə aid digər xəbərlər