Bütün xəbərlər
Medvedev Trampın sözlərindən sonra III Dünya Müharibəsi haqda danışıb
Tarix: 27-05-2025 22:50 | Bölmə: Karusel

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib ki, o, yalnız bir pis şeyi bilir, o da üçüncü dünya müharibəsidir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, ABŞ prezidenti Donald Trampın Rusiya dövlətinin başçısı Vladimir Putinin “odla oynayır” və Amerika liderinin iştirakı olmasaydı, artıq Rusiyanın başına “çox pis şeylər” gələrdi” sözlərini belə şərh edib.
"Trampın Putinin "odla oynaması" və Rusiya ilə "həqiqətən pis şeylər" olması haqqında sözlərinə gəldikdə, mən yalnız bir pis şeyi bilirəm - üçüncü dünya müharibəsi", - Medvedev X sosial şəbəkəsində yazıb.
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini əlavə edib ki, o, Trampın anlayışına da ümid edir.



Baxış sayı: 49


Bölməyə aid digər xəbərlər