Bütün xəbərlər
Məktəb stadionunda kütləvi davaya görə 11 miqrant həbs edilib
Tarix: 27-05-2025 10:52 | Bölmə: Karusel

Amur vilayətində məktəb stadionunda kütləvi dava salan 11 Özbəkistan vətəndaşı həbs edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə mayın 25-də Svobodnı şəhərində baş verib.
Amur vilayəti məhkəmələrinin mətbuat xidməti xəbər verir ki, məhkəmə miqrantları xırda xuliqanlıqda təqsirli bilib və inzibati həbs cəzasına məhkum edib: iki nəfərə 12 sutka, doqquz nəfərə isə 14 sutka vaxt verilib.
Bildirilir ki, təqsiri etiraf etmək və peşmançılıq hissi yüngülləşdirən hallar olub. Üstəlik, cinayətin bir qrup şəxs tərəfindən törədilməsi cəzanı daha da ağırlaşdırıb.



Baxış sayı: 37


Bölməyə aid digər xəbərlər