Bütün xəbərlər
Dağıstanda Torpaq Dələduzluğu İşində Kaytağ Rayon İcra Hakimiyyətinin başçısı həbs edilib
Tarix: 26-05-2025 23:21 | Bölmə: Karusel

Mahaçqala Sovet Rayon Məhkəməsi Dağıstanın Kaytaq rayonunun administrasiyasının rəhbərini torpaq sahələri ilə bağlı dələduzluqda şübhəli bilinərək həbs edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumat Dağıstan Respublikasının ümumi yurisdiksiya məhkəmələrinin Telegram kanalında yer alıb. Kaytaq rayonunun rəhbəri Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsində (“Mütəşəkkil dəstə tərəfindən və ya xüsusilə külli miqdarda dələduzluq törətmək”) nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinir.
İstintaqla müəyyən edilib ki, şübhəli şəxs bələdiyyə rayon icra hakimiyyətinin əməkdaşları və digər şəxslərin daxil olduğu mütəşəkkil cinayətkar qrup yaradıb. Onlar 2021-ci ilin may-dekabr ayları arasında bələdiyyə mülkiyyətində olan 5 torpaq sahəsini qanunsuz olaraq qohum və dostlarının adına verib, sonra isə rəsmiləşdiriblər. Onların ümumi sahəsi 4 min kvadratmetr, dəyəri 2,69 milyon rubldan çox idi.
Məhkəmə şübhəlinin 21 iyul 2025-ci il tarixinədək həbs qətimkan tədbiri seçib.



Baxış sayı: 40


Bölməyə aid digər xəbərlər