Bütün xəbərlər
Karpin "Dinamo"ya rəhbərlik edəcək və Rusiya millisində çalışacaq
Tarix: 26-05-2025 23:01 | Bölmə: Karusel

Futbol üzrə Rusiya milli komandasının baş məşqçisi Valeri Karpin yaxın vaxtlarda Moskva “Dinamo”su ilə müqavilə imzalayacaq.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə futbol agenti Timur Qurtskaya məlumat verib.
Mənbənin məlumatına görə, tərəflər arasında müqavilənin imzalanması iyunun 10-da baş tutacaq.Rusiya Futbol İttifaqı məşqçinin klub və milli komandadakı postlarını birləşdirməsinə razılıq verib.
"İyunun 10-da Valeri Karpin "Dinamo" ilə müqavilə imzalayacaq. RFU birləşməyə razılıq verib", - Qurtskaya "Bu, Futboldur, Qardaş" şousunun efirində deyib.
"Dinamo"nun baş məşqçi postu Marsel Lickanın istefasından sonra boş qalıb. O vaxtdan Rolan Qusev “ağ-göylər”in müvəqqəti baş məşqçisidir. Komanda mövsümü beşinci yerdə başa vurub.
Karpin özü də mövsüm ərzində Rostovdan ayrılıb.
Bir gün əvvəl o, Rusiya millisinin Nigeriya (6 iyun) və Belarusla (10 iyun) keçirəcəkləri yoldaşlıq oyunları üçün heyətini açıqlayıb. Məhz ikinci oyundan və toplanış başa çatdıqdan sonra “Dinamo” ilə müqavilənin imzalanması gözlənilir.



Baxış sayı: 143


Bölməyə aid digər xəbərlər