Bütün xəbərlər
Rusiyalı döyüşçü Ukrayna əsirliyində olarkən 37 kq arıqlayıb
Tarix: 26-05-2025 10:35 | Bölmə: Karusel

Ukrayna əsirliyindən vətənə qayıdan rusiyalı hərbçi Ukrayna əsirliyində olduğu müddətdə 37 kiloqram arıqladığını bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Zvezda” telekanalında əsirlikdən azad edildikdən sonra həyat yoldaşına zəng edən rus əsgərinin zəngi ilə bağlı kadrlar nümayiş olunub.
"Bax, arıqlamışam. İt kimi olmuşam. 37 kiloqram arıqlamışam. Məni belə təsəvvür edirsən? Məni tanımayacaqsan da. Sən də deyəcəksən, sən kimsən, baba?" – zarafat edib.
Arvadı söz verdi ki, evə gələndə onu yedizdirəcək.
Daha əvvəl azad edilmiş döyüşçülərdən biri bildirmişdi ki, ukraynalı yaraqlılar ona işgəncə verib, sınmış ayağına döyüb və zirzəmidə saxlayıb, məlumat çıxarmağa cəhd ediblər.
Rusiyanın təşəbbüsü ilə cümə günündən bazar gününə kimi keçirilən genişmiqyaslı əsir mübadiləsində Ukrayna Silahlı Qüvvələri tərəfindən əsir götürülən min rus əsgəri və mülki vətəndaş öz vətənlərinə qayıdıb.



Baxış sayı: 56


Bölməyə aid digər xəbərlər