Bütün xəbərlər
FSB iki ay ərzində 62 yeraltı silah sexini dayandırıb
Tarix: 26-05-2025 10:18 | Bölmə: Karusel
 
Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, iki ay ərzində silahların təkmilləşdirilməsi və döyüş sursatlarının istehsalı üçün 62 yeraltı emalatxana aşkar edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, mart və aprel aylarında FSB, Daxili İşlər Nazirliyi və Rusiya Milli Qvardiyasının genişmiqyaslı xüsusi əməliyyatı keçirilib.
“Silahların modernləşdirilməsi və döyüş sursatlarının istehsalı üzrə 62 yeraltı emalatxananın fəaliyyəti dayandırılıb”, - məlumatda deyilir.
FSB-nin məlumatına görə, təhlükəsizlik qüvvələri Rusiyanın 58 regionunda yaşayan və qanunsuz silah ticarəti ilə məşğul olan 172 vətəndaşın qeyri-qanuni fəaliyyətini dayandırıb.
Bundan başqa, idarə əməkdaşları tərəfindən 404 ədəd yerli və xarici istehsal olan odlu silah götürülüb. Onların arasında pulemyotlar, avtomatlar, tapançalar, revolverlər, tüfənglər, karabinlər, ov tüfəngləri, qumbaralar və qoruyucular var. Həmçinin 136 kiloqramdan çox partlayıcı maddə və 56 mindən çox patron tapılıb.



Baxış sayı: 52


Bölməyə aid digər xəbərlər