Bütün xəbərlər
Moskvaya hücum etmək istəyən daha bir pilotsuz təyyarə məhv edilib
Tarix: 25-05-2025 18:40 | Bölmə: Karusel

Moskva meri Sergey Sobyanin paytaxt istiqamətində uçan daha bir Ukrayna pilotsuz təyyarəsinin məhv edilməsi barədə məlumat verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, Teleqram kanalında yazıb ki, pilotsuz təyyarə hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub, dağıntıların olduğu yerdə xüsusi xidmət orqanları işləyir.
Bundan əvvəl bildirilib ki, mayın 25-də 10 Ukrayna pilotsuz təyyarəsi Moskvaya yaxınlaşarkən vurulub.
Hazırda Kaluqa hava limanının, Moskva yaxınlığındakı Jukovski aeroportunun və paytaxtın Vnukovo və Domodedovo hava qovşaqlarının fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılıb.



Baxış sayı: 19


Bölməyə aid digər xəbərlər