Bütün xəbərlər
"Spartak"ın hücumçusu Uqalde 2024/25 mövsümündə RPL-in bombardiri oldu
Tarix: 24-05-2025 20:58 | Bölmə: Karusel

Moskvanın "Spartak" klubunun hücumçusu Manfred Uqalde 2024/25 mövsümündə Rusiya Premyer Liqasının bombardiri olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı kosta-rikalı Rusiya çempionatında keçirdiyi 29 oyunda 17 qol vurub. Qol vuranlar siyahısında ikinci yerdə Kazan klubunun albaniyalı hücumçusu Mirlind Daku (15 qol), üçüncü yerdə Moskva Lokomotivinin yarımmüdafiəçisi Aleksey Batrakov (14) qərarlaşıb.
Sonuncu dəfə "Spartak"ın oyunçusu 2017/18 mövsümündə Quincy Promes 15 qol vurduğu zaman RPL-in bombardiri olub. Oleq Veretennikov hamıdan tez-tez - 3 dəfə mövsümün bombardiri oldu.



Baxış sayı: 22


Bölməyə aid digər xəbərlər
20-05-2025, 14:46 Gəmi zədələnib