Bütün xəbərlər
Pilotsuz təyyarələr qəzaya uğrayıb
Tarix: 24-05-2025 09:31 | Bölmə: Karusel

Lipetsk vilayətinin qubernatoru İqor Artamonov özünün Telegram kanalında Yelets şəhərinin sənaye zonasında PUA-nın qəzaya uğraması barədə məlumat verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, hadisə yerində təcili xidmətlər işləyir.
Artamonov qeyd edib ki, ilkin məlumata görə, ölən yoxdur.
O, həmçinin xatırladıb ki, regionda dron hücumları təhlükəsi qalmaqdadır.
Beş dəqiqə əvvəl bölgə rəhbəri Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələrinin bölgəyə kütləvi reyd keçirdiyini bildirib. O qeyd edib ki, Lipetsk və Yeletsdə hava hücumundan müdafiə və basqı sistemləri fəaliyyət göstərir.



Baxış sayı: 42


Bölməyə aid digər xəbərlər
20-05-2025, 14:46 Gəmi zədələnib