Bütün xəbərlər
12-ci mərtəbədən yıxılan bir yaşlı qız sağ qalıb
Tarix: 23-05-2025 18:11 | Bölmə: Karusel

Vladiqafqazda bir yaş yarımlıq uşaq 12-ci mərtəbədə yerləşən mənzilin pəncərəsindən yıxılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qız sağ qalıb, lakin vəziyyəti olduqca ağırdır.
Şimali Osetiya Respublika Uşaq Klinik Xəstəxanasının Telegram kanalında bildirilir ki, hazırda həkimlər qurbanın həyatı üçün mübarizə aparırlar.
Tibb müəssisəsi valideynləri uşaqları nəzarətsiz qoymamağa çağıraraq, ağcaqanad torlarının onları pəncərədən düşməkdən xilas edə bilməyəcəyini xatırladıb.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər
20-05-2025, 14:46 Gəmi zədələnib