Bütün xəbərlər
Məmur 4 milyon rubl rüşvət üstündə həbs edilib
Tarix: 23-05-2025 10:19 | Bölmə: Karusel

Kamçatka məhkəməsi xüsusi külli miqdarda rüşvət almaqda şübhəli bilinən Rosselxoznadzor administrasiyasının dövlət sərhədində sərhəd baytarlıq nəzarəti departamentinin rəis müavini barəsində həbs qətimkan tədbiri seçib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Uzaq Şərq Nəqliyyat Prokurorluğu məlumat yayıb.
İstintaqın məlumatına görə, başçı müavini 2024-cü ilin yanvar-avqust ayları arasında Kamçatka ərazisindən kənara göndərilən kürü və balıq məhsullarını yoxlamaqdan imtina etdiyi üçün həm də şirkətin rəhbəri olan fərdi sahibkardan 4 milyon rubl alıb.
Vəzifəli şəxsə qarşı xüsusilə külli miqdarda rüşvət alma, sahibkara isə xüsusilə külli miqdarda rüşvət vermə maddəsi ilə cinayət işi açılıb.
Rosselxoznadzor əməkdaşı ən azı iki ay istintaq təcridxanasında qalacaq.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər
20-05-2025, 14:46 Gəmi zədələnib