Bütün xəbərlər
İspaniya məhkəməsi Portnovun qətli işini bağlayıb
Tarix: 22-05-2025 21:06 | Bölmə: Karusel

Madrid yaxınlığında Ukrayna prezidentinin keçmiş müşaviri Andrey Portnovun qətli ilə bağlı işə sədrlik edən hakim istintaq materiallarının məxfiləşdirilməsinə qərar verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə EFE agentliyi məhkəmə sistemindəki mənbələrə istinadən məlumat yayıb.
Portnov mayın 21-də səhər saatlarında Madrid yaxınlığında güllələnib. Portnovun uşaqlarını gətirdiyi məktəbdə onu gözləyən qatil ona ən azı 9 atəş açıb.
“Portnovun ölümünü araşdıran hakim istintaq hərəkətlərinin məxfi xarakter daşıması barədə qərar qəbul edib”, - məlumatda deyilir.
Ukraynalı bloqer Anatoli Şariy daha əvvəl bəyan etmişdi ki, Portnovun qətlindən yeganə faydalanan Kiyev rejiminin başçısı Vladimir Zelenskinin ofisi olub. Bloqerin sözlərinə görə, Ukrayna prezidentinin keçmiş müşaviri Zelenski və onun ətrafı haqqında kompromat dərc etməyi planlaşdırıb.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər
20-05-2025, 14:46 Gəmi zədələnib