Bütün xəbərlər
10 yaşlı idmançı məşqdən sonra dünyasını dəyişib
Tarix: 22-05-2025 20:53 | Bölmə: Karusel

Dağıstanda sərbəst güləşlə məşğul olan 10 yaşlı idmançı İslamdin Səlimqereyev məşq zamanı özünü pis hiss edib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, Mahaçqalaya aparılıb və daha sonra xəstəxanada dünyasını dəyişib.
Həkimlər oğlana kömək edə bilməyiblər; mayın 21-də vəfat edib. İslamdin Babayurt kəndindəki uşaq-gənclər idman məktəbində oxuyub.
Respublika İdman Nazirliyi uşağın ailəsinə başsağlığı verib. Onların sözlərinə görə, gənc güləşçinin səhhətində ciddi problemlər yaranıb.
"Hörmətli valideynlər! Övladlarınızı mütəmadi olaraq tibb müəssisələrində müayinədən keçirin", - Dağıstan İdman Nazirliyi öz Telegram kanalında qeyd edib.
Uşağın ölüm səbəbi açıqlanmır.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər
20-05-2025, 14:46 Gəmi zədələnib