Bütün xəbərlər
AP: İki İsrail diplomatını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
Tarix: 22-05-2025 11:59 | Bölmə: Karusel

Vaşinqtonda Yəhudi Muzeyində iki israilli diplomatın qətlində şübhəli bilinən şəxs saxlanılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu Çikaqodan olan Elias Rodriguezdir. 30 yaşlı gənc polis tərəfindən saxlanılarkən “Fələstinə azadlıq” şüarını səsləndirib.
Vaşinqtonun polis rəisi Pamela Smit bildirib ki, atıcının qurbanları kişi və qadın olub. "Associated Press" (AP) xəbər verir ki, onlar Amerika Yəhudi Komitəsinin orada keçirilən tədbirindən sonra muzey binasını tərk ediblər. Hücum zamanı daha bir neçə İsrail diplomatı yaralanıb. ABŞ-ın baş prokuroru Pam Bondi artıq hadisə yerinə baş çəkib. Hücum polis və FTB-nin Birgə Terrorla Mübarizə Qrupu tərəfindən birgə araşdırılır.
İsrail hökumətinin mətbuat xidməti İsrailin baş naziri Benyamin Netanyahudan sitat gətirib: "Mən İsrailin dünyadakı diplomatik nümayəndəliklərində təhlükəsizlik tədbirlərinin artırılmasına göstəriş vermişəm".
Netanyahu qətlləri “antisemitizmin dəhşətli aktı” adlandırıb. “The Times of Israel” xəbər verir ki, o, həlak olanların yaxınlarına başsağlığı verib. ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsindəki səhifəsində Vaşinqtondakı Yəhudi Muzeyində baş verən atışmanı “antisemitizmə əsaslanan” hesab edir. ABŞ dövlət katibi Marko Rubio diplomatların qətlini “qorxaqcasına antisemitizm zorakılığı aktı” adlandırıb.
Təl-Əviv beynəlxalq arenada nüfuzunu itirir. İsrailin bir sıra Avropa ölkələri ilə münasibətləri Netanyahunun Qəzza münaqişəsindəki vəhşiliyi ilə bağlı ictimai rəyə görə pisləşib. Siyasi Texnologiyalar Mərkəzinin birinci vitse-prezidenti Aleksey Makarkin deyir ki, ABŞ prezidenti Donald Tramp iqtisadi səbəblərə görə münasibətlərdə prioritetləri dəyişib.



Baxış sayı: 206


Bölməyə aid digər xəbərlər