Bütün xəbərlər
Təhlükəsizlik qüvvələri terror aktı hazırlayan yeniyetmələri saxlayıb
Tarix: 22-05-2025 11:14 | Bölmə: Karusel

Tver vilayətində Qələbə bayramı ərəfəsində Müdafiə Nazirliyinə məxsus binalardan birini yandırmağa hazırlaşan iki azyaşlı saxlanılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb.
Müstəntiqlərin bildirdiyinə görə, 2008 və 2011-ci il təvəllüdlü iki yeniyetmə Qələbə Günü öncəsi terror aktı törətmək üçün messencer vasitəsilə ukraynalı idarəçilərindən göstəriş alıb. Onlar Vışnıy Voloçokda Müdafiə Nazirliyinin binalarından birini yandırmalı idilər.
Belə ki, 14 yaşlı şübhəli şəxs müstəqil olaraq qeyri-yaşayış binasında yandırıcı qurğular hazırlayıb. Eyni zamanda, ikinci yeniyetmə kuratordan hazır Molotov kokteyllərinin yeri barədə məlumat alıb.
Saxlandıqları üçün planlarını həyata keçirə bilməyiblər.
Onlara qarşı terror aktı hazırlamaq və terror təşkilatında iştirak etmək maddələri ilə cinayət işi açılıb. Onların evinə və anbarlarına baxış zamanı yandırıcı qurğular, mobil telefonlarından birində isə kuratorla yazışmalar, habelə hədəfin kəşfiyyatı ilə bağlı videoreportajlar aşkar edilib.
İstintaqın tələbi ilə təqsirləndirilən şəxslər barəsində həbs-qətimkan tədbiri seçilib.



Baxış sayı: 226


Bölməyə aid digər xəbərlər