14:46 / 20-05-2025
Gəmi zədələnib
Bütün xəbərlər
Moskva meri paytaxta uçan daha iki PUA-nın məhv edildiyini bildirib
Tarix: 21-05-2025 20:52 | Bölmə: Karusel

Rusiya hərbçiləri Moskvaya doğru hərəkət edən daha iki pilotsuz təyyarəni vurub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə şəhərin meri Sergey Sobyanin öz Telegram kanalında yazıb.
Beləliklə, bu gün Moskvaya yaxınlaşarkən vurulan PUA-ların sayı 18-ə çatıb.
Merin sözlərinə görə, hazırda fövqəladə hallar xidməti pilotsuz uçan aparatların dağıntılarının düşdüyü ərazilərdə işləyir.
Daha əvvəl Moskva vilayətinin Puşkin şəhərində hava hücumundan müdafiə sistemlərinin fəaliyyət göstərdiyi bildirilirdi.
Bundan əlavə, Şeremetyevo, Domodedovo və Jukovski hava limanlarında uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq edilib.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər
20-05-2025, 14:46 Gəmi zədələnib