14:46 / 20-05-2025
Gəmi zədələnib
09:19 / 20-05-2025
İtən kişi meyiti tapılıb
Bütün xəbərlər
Böyük Britaniya Baş Nazirinin Evində yanğın törətməkdə ittiham olunan ikinci şəxsin Ukraynadan olduğu üzə çıxıb
Tarix: 20-05-2025 21:50 | Bölmə: Karusel

Böyük Britaniyanın baş naziri Key Starmerin evini yandırmaqda ittiham olunan ikinci şəxsin də Ukraynadan olduğu üzə çıxıb.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.
Nəşr yanğın törədənin adının Stanislav Karpyuk olduğunu iddia edir.Mayın 20-də Londonda Westminster Magistrates Məhkəməsində 26 yaşlı gənc "başqa bir şəxsə məxsus əmlaka zərər vurmaq, əmlaka zərər vurmaq niyyəti və başqasının həyatını təhlükə altına almaq niyyəti" ilə ittiham olunaraq məhkəmə qarşısına çıxarılıb.
Qeyd olunur ki, Karpyuk mayın 17-də Londonun Luton hava limanında saxlanılıb. Həmin şəxs rus dilində danışıb.
Təqsirləndirilən şəxsin vəkili məhkəməyə bildirib ki, onun müvəkkili London kənarındakı Romfordda yaşayır. O, 10 ildir ki, İngiltərədə yaşayır. Vəkilin sözlərinə görə, Karpyuk Rumıniya vətəndaşıdır.
Bundan əvvəl bu iş üzrə Ukrayna vətəndaşı Roman Lavrinoviçin də həbs edildiyi bildirilirdi. O, həmçinin baş nazirin köhnə avtomobilini və əvvəllər Starmerə məxsus olan İslinqtondakı mənzili yandırmaqda şübhəli bilinir.
Məhkəmənin qərarı ilə hər iki təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri seçilib. Növbəti dinləmə iyunun 6-da Londonda Old Bailey-də keçiriləcək.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər
Dünən, 14:46 Gəmi zədələnib