14:46 / 20-05-2025
Gəmi zədələnib
09:19 / 20-05-2025
İtən kişi meyiti tapılıb
Bütün xəbərlər
Məhkəmədə deputatın köməkçisi Əlixacıyevin öldürülməsinə cəhdlə bağlı işə baxılıb
Tarix: 20-05-2025 14:27 | Bölmə: Karusel

Dövlət Dumasının deputatı Şerip Əlixacıyevin köməkçisini öldürməyə cəhddə təqsirləndirilən iki nəfər Moskva vilayətində məhkəmə qarşısına çıxarılacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İstintaqın məlumatına görə, 2024-cü ilin yayında təqsirləndirilən şəxslərdən biri əvvəllər cəza çəkmiş tanışına 20 milyon rubl müqabilində Əlixacıyevin qətlini törətməyi təklif edib. O, qatilə 500 min rubl avans, səsboğuculu tapança və qurban haqqında məlumat verib.
2024-cü il oktyabrın 10-da qatil Əlixacıyevi Odintsovo rayonundakı evində güllələyib. Zərərçəkmiş güllə yarası ilə xəstəxanaya yerləşdirilib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, sui-qəsdin təşəbbüskarı olduğu ehtimal edilən şəxs Ukrayna vətəndaşıdır. Rusiya Federasiyası İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin rəisinin böyük köməkçisi Olqa Vradiy bildirib ki, iş mahiyyəti üzrə baxılması üçün məhkəməyə verilib.



Baxış sayı: 39


Bölməyə aid digər xəbərlər
Bu gün, 14:46 Gəmi zədələnib