14:46 / 20-05-2025
Gəmi zədələnib
09:19 / 20-05-2025
İtən kişi meyiti tapılıb
Bütün xəbərlər
Taksi çoxmərtəbəli binanın həyətindən keçərkən partlayıb
Tarix: 20-05-2025 10:16 | Bölmə: Karusel

GTRK Novosibirsk xəbər verir ki, Novosibirskdə xarici avtomobil yaşayış binasının həyətində hərəkət edərkən partlayıb, daha sonra alovlanıb, sürücü xəsarət alıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə mayın 20-də səhər tezdən Sorge küçəsindəki 227 saylı yaşayış binasının girişinin yaxınlığında baş verib.
Novosibirsk vilayətinin Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin məlumatına görə, “Hyundai Solaris” sedanı qaz balonu avadanlığı ilə təchiz edilib. Partlayışdan sonra taksi alovlanıb və tamamilə yanıb.
Gələn yanğınsöndürənlər xarici avtomobilin alovunu 6 dəqiqəyə söndürüblər. Xəsarət alan sürücü yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər
Bu gün, 14:46 Gəmi zədələnib