14:46 / 20-05-2025
Gəmi zədələnib
09:19 / 20-05-2025
İtən kişi meyiti tapılıb
Bütün xəbərlər
Dünya və Avropa çempionu Pepe Reina karyerasını başa vurduğunu elan etdi
Tarix: 20-05-2025 10:01 | Bölmə: Karusel

Futbol üzrə İspaniya milli komandasının sabiq qapıçısı Pepe Reina cari mövsümün sonunda peşəkar karyerasını bitirəcəyini açıqlayıb.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərini RİA Novosti "Movistar" telekanalına istinadən sitat gətirir.
Reina Madriddəndir və Barselonanın gənclik sisteminin məhsuludur. O, həmçinin İspaniyanın “Vilyarreal”, İngiltərənin “Liverpul”, Almaniyanın “Bavariya” və İtaliyanın “Napoli”, “Milan” və “Latsio” klublarında da çıxış edib. Hazırda o, Komo klubunun oyunçusudur.
"Gözəl karyera bitdi. Keçən yanvarda təqaüdə çıxmaq qərarına gəldim. Həyat yoldaşımla danışdım və ortaq qərar verdik", - Reyna bildirib.
42 yaşlı qolkiper dünya çempionu olduğu (2010), həmçinin iki dəfə (2008, 2012) Avropa çempionatının qalibi olduğu İspaniya millisinin heyətində 36 oyun keçirib.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər
Bu gün, 14:46 Gəmi zədələnib