Bütün xəbərlər
"La Stampa": Vatikan Rusiya və Ukrayna arasında danışıqlar üçün öz platformasını təklif etdi
Tarix: 16-05-2025 17:13 | Bölmə: Karusel

Roma Papası XIV Leo Vatikandan Rusiya-Ukrayna danışıqları üçün məkan kimi istifadə təklifi irəli sürüb, "La Stampa" dövlət katibi Pietro Parolinin bəyanatına istinadən yazır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, dövlət katibinin qeyd etdiyinə görə , pontifik Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi qismində Vatikanı təklif edir.
"Papa, ola bilsin ki, Vatikanı, Müqəddəs Taxt-Tac-ı iki tərəf arasında birbaşa görüş üçün əlçatan etmək niyyətindədir", - Parolin bildirib.
Yeni papanın seçilməsi mayın əvvəlində baş tutub. Tezliklə XIV Leo, sələfi Fransisk kimi, Ukraynada davamlı sülhə çağırdı.



Baxış sayı: 37


Bölməyə aid digər xəbərlər