Bütün xəbərlər
9 məktəbli kəskin bağırsaq infeksiyası ilə həkimə müraciət edib
Tarix: 14-05-2025 11:39 | Bölmə: Karusel

Çuvaşiyanın Səhiyyə Nazirliyi bildirir ki, Şumerlya şəhər gimnaziyasının 9 şagirdi kəskin bağırsaq infeksiyası ilə həkimə müraciət edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Bir uşaq Respublika Uşaq Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib", - şöbədən bildirilib.
Yerdə qalan uşaqlar isə yerli pediatrların nəzarəti altında ambulator müalicəyə göndərilib.
Çuvaşiyanın rəhbəri Oleq Nikolaev vilayət hökumətinə insidentin baş vermə şəraiti ilə bağlı hərtərəfli araşdırma aparmağı tapşırıb.



Baxış sayı: 21


Bölməyə aid digər xəbərlər