Bütün xəbərlər
Sərbəst güləş üzrə Rusiya milli komandasının baş məşqçisi Qatsalov müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırılıb
Tarix: 13-05-2025 18:19 | Bölmə: Karusel

Sərbəst güləş üzrə Rusiya milli komandasının baş məşqçisi Hacımurat Qatsalov mayın 5-də dopinq pozuntusu ilə bağlı ittihamlara görə müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Agentliyin qeyd etdiyinə görə , antidopinq qaydalarının pozulması mayın 10-da məlumat bazası və Moskva antidopinq laboratoriyasının nümunələri əsasında müəyyən edilib.
Bunun qadağan olunmuş üsul və ya maddənin istifadəsinə və ya istifadə cəhdinə aid olduğu müəyyən edilir.
42 yaşlı Qatsalov 2022-ci ildə sərbəst güləş üzrə Rusiya yığmasının baş məşqçisi vəzifəsinə keçib. O, 2004-cü il Afina Olimpiya çempionu, həmçinin beşqat dünya və üçqat Avropa çempionudur.
Yanvarda Rosfinmonitorinq agentliyi Rusiyanın sərbəst güləş üzrə gənclərdən ibarət yığmasının məşqçisi Əlişiri İsmatzodanı terrorçu və ekstremistlər siyahısına əlavə edib. O, "İslam Dövləti" (Rusiyada qadağan olunmuş) terror təşkilatını maliyyələşdirməkdə təqsirli bilinib.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər