Bütün xəbərlər
Polis veteranların posteri üçün porno aktyorun şəklini göndərən yeniyetməni tapıb
Tarix: 12-05-2025 23:09 | Bölmə: Karusel

Kursk vilayətində hüquq-mühafizə orqanlarının əməkdaşları porno aktyorun fotolarını "Qələbənin üzləri" adlı vətənpərvərlik panelinə yerləşdirmək üçün göndərən yeniyetməni müəyyən ediblər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, məktəbli etdiyi əməli etiraf edib.
Bundan əvvəl məlum olmuşdu ki, Jeleznoqorskda yerli sakinlər amerikalı porno aktyor Uilyam Herrinqtonun veteranların və xüsusi əməliyyatın ölmüş iştirakçılarının olduğu paneldə şəklini aşkar ediblər. Şəkillər sonradan çıxarılaraq veteranların portretləri ilə əvəz olundu.
Layihəni sahibkar Anton Podolski təşkil edib. Vətəndaşlar veteranlarının fotoşəkillərini elektron poçt və messencerlər vasitəsilə göndərdilər. Lakin fotoşəkillərin həqiqiliyi yoxlanılmayıb.
"Fotonu göndərən yeniyetmənin kimliyi müəyyən edilib və onlar izahat veriblər. Buradan belə çıxır ki, yeniyetmə zarafat etmək qərarına gəlib və bu sərgiyə porno aktyorun şəklini daxil edib", - TASS-ın regionun təhlükəsizlik orqanlarındakı mənbəsi bildirib.
Hazırda prosessual araşdırma aparılır. Bundan əlavə, fotoşəkilin xüsusi ekspertizası təşkil olunacaq.



Baxış sayı: 22


Bölməyə aid digər xəbərlər