Bütün xəbərlər
Kürdüstan Fəhlə Partiyası özünü ləğv etdiyini elan edib
Tarix: 12-05-2025 11:02 | Bölmə: Karusel

Türkiyədə fəaliyyəti qadağan edilmiş Kürdüstan Fəhlə Partiyası (PKK) ləğv olunduğunu və Ankara ilə 40 ildən artıqdır davam edən silahlı münaqişəyə son qoymaq qərarını elan edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Rudaw" agentliyi məlumat yayıb.
Belə bir qərarın partiyanın mayın 5-7-də keçirilən 12-ci qurultayında qəbul edildiyi vurğulanır.
Qurultayın yekun bəyannaməsində deyilir: “Konqresdə PKK-nın təşkilati strukturunun ləğvi və silahlı mübarizənin dayandırılması, bununla da PKK adlı təşkilatın fəaliyyətinə son qoyulması qərara alınıb.
Apreldə məlum oldu ki, partiyanın tərksilahı iyunda baş tutmalı, onun lideri və qurucusu Abdullah Öcalanın əfv olunması nəzərdə tutulmamışdı.
Yanvarda bildirilmişdi ki, Ankara ABŞ prezidenti Donald Trampı Suriyada PKK yaraqlılarına dəstəyi dayandırmağa razı salmağı planlaşdırır.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər