Bütün xəbərlər
Fişəngin partlaması nəticəsində 15 yaşlı uşağın barmağı qopub
Tarix: 11-05-2025 18:50 | Bölmə: Karusel

Sankt-Peterburqun Krasnoselski rayonunda pirotexniki vasitələrlə ehtiyatsız davranma səbəbindən 15 yaşlı oğlan sol barmağının falanq nahiyəsinin bir hissəsini itirib, həmçinin üç barmağından kəsiklər alıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə vilayət polisindən məlumat verilib.
Hadisə bir gün əvvəl baş verib. Vəziyyəti orta ağır olan yeniyetmənin xəstəxanaya yerləşdirilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
"Polis əməkdaşları ilkin olaraq müəyyən ediblər ki, ehtiyatsız davranma nəticəsində yeniyetmənin əlində fişəng partlayıb", - idarənin məlumatında deyilir.
Yoxlama təşkil olunub. İş materialları qərar qəbul edilməsi üçün istintaq orqanlarına verilib.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər