Bütün xəbərlər
"Akron" Rusiya Premyer Liqasında keçirilən oyunda "Axmat" üzərində qələbə qazanıb
Tarix: 11-05-2025 18:37 | Bölmə: Karusel

Rusiya çempionatının 28-ci turunda Tolyattinin "Akron" klubunun futbolçuları Qroznının "Axmat" klubuna 3:2 hesabı ilə qalib gəliblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qaliblərin qollarını Dmitri Pestryakov (17-ci dəqiqə), İfet Djakovac (45+4) və Vladimir Xubulov (85), qonaqların qollarını isə Amin Talal (8) və Georgi Melkadze (72) vurub.
"Akron" Rusiya çempionatında keçirdiyi son 5 oyunun üçündə qalib gəlib və 35 xalla turnir cədvəlinin 9-cu pilləsində, "Axmat" isə 24 xalla 13-cü yerdədir.
Bir gün əvvəl Premyer Liqanın lideri "Krasnodar" Moskva ÇSKA-sına məğlub olub (0:1).



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər