Bütün xəbərlər
Ankarada qatar relsdən çıxdı - Dağılan yanacaq hərəkəti iflic etdi
Tarix: 14-03-2019 10:45 | Bölmə: Karusel

                    


Səhər saatlarında Ankara dəmir yolunda qəza baş verib.
Trend-in məlumatına görə, qəza hərəkətdə olan yük qatarının relsdən çıxması səbəbindən baş verib. 4 vaqonun relsdən çıxması nəticəsində yanacaq ətrafa dağılıb.
Qəza səbəbindən dəmir yolu xəttində hərəkət dayanıb. Hadisə yerinə qəza-xilasetmə briqadası cəlb olunub.
İnsident nəticəsində xəsarət alan olmayıb. Qəzanın hansı səbəbdən baş verməsi məlum deyil.



Baxış sayı: 327


Bölməyə aid digər xəbərlər