Bütün xəbərlər
Si Cinpin Pekindən Moskvaya uçub
Tarix: 07-05-2025 15:11 | Bölmə: Karusel

Çin Xalq Respublikasının sədri Si Cinpin Böyük Qələbənin 80 illiyinə həsr olunmuş şənliklərdə iştirak etmək üçün Rusiya paytaxtına səfər edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu barədə Çinin "Sinxua" xəbər agentliyi məlumat yayıb.
ÇXR lideri mayın 7-dən 10-dək Moskvada dövlət səfərində olacaq.
Rusiya və Çin SSRİ-nin Böyük Vətən Müharibəsindəki qələbəsinin və Çinin Yaponiya təcavüzünə qarşı Müqavimət Müharibəsində qələbəsinin 80 illiyini birgə qeyd edirlər.
Bundan əvvəl Serbiya Prezidenti Aleksandr Vuçiç Qələbə Gününə həsr olunmuş tədbirlərdə iştirak etmək və Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya səfər edib.



Baxış sayı: 38


Bölməyə aid digər xəbərlər