Bütün xəbərlər
Pulkovo 74 yönləndirilmiş təyyarə üçün ehtiyat aerodrom oldu
Tarix: 07-05-2025 13:17 | Bölmə: Karusel

Mayın 6-7-də Sankt-Peterburqun Pulkovo hava limanı ehtiyat aerodrom kimi digər regionlardan yönləndirilən 74 təyyarəni qəbul edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Şimal-Qərb Nəqliyyat Prokurorluğunun Telegram kanalında xəbər verildiyi kimi, gecikən reyslərin sərnişinləri üçün hava limanında səyyar qəbul ofisi fəaliyyət göstərir. Qəbul nəqliyyat prokurorluğunun əməkdaşları tərəfindən aparılır. Onlar həmçinin sərnişinlərin hüquqlarına riayət olunmasına və lazımi xidmətlərin göstərilməsinə nəzarət edirlər.
Pulkovo hava limanını idarə edən Northern Capital Gateway şirkətinin mətbuat xidməti bildirib ki, hazırda təyyarələr təyinat aeroportlarına göndərilir.



Baxış sayı: 38


Bölməyə aid digər xəbərlər