Bütün xəbərlər
Tarixçi Kupriyanov: "Hindistan və Pakistan genişmiqyaslı müharibədə maraqlı deyil"
Tarix: 07-05-2025 13:12 | Bölmə: Karusel

İMEMO RAS-ın Hind Okeanı Regionu Mərkəzinin rəhbəri Aleksey Kupriyanov əmin olduğunu bildirib ki, nə Hindistan, nə də Pakistan tammiqyaslı münaqişənin başlamasında maraqlı deyil.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bu barədə “Rossiya 24” telekanalının efirində bildirib.
Tarixçinin fikrincə, ölkələrin müəyyən həddi var ki, onu keçməyə hazır deyillər.
“Heç bir tərəf nüvə müharibəsində maraqlı deyil, heç bir tərəf münaqişənin istənilən fazaya, hətta şərti tammiqyaslı müharibəyə keçməsində maraqlı deyil, çünki bu, dərhal nüvə müharibəsinə gətirib çıxaracaq”, - Kupriyanov bildirib.
Bundan əvvəl Hindistan Müdafiə Nazirliyi “Sindoor” əməliyyatına başladığını elan edib. Mayın 7-nə keçən gecə Hindistan silahlı qüvvələri Pakistanda terrorçuların infrastrukturuna zərbələr endirib.



Baxış sayı: 39


Bölməyə aid digər xəbərlər