Bütün xəbərlər
Tramp Kanadanın baş nazirinə heç vaxt “heç vaxt” deməməyi deyib
Tarix: 06-05-2025 21:55 | Bölmə: Karusel

ABŞ prezidenti Donald Tramp ölkəsinin satılmadığını deyən Kanadanın baş naziri Mark Karniyə heç vaxt “heç vaxt” deməməyi tövsiyə edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ağ Evdəki görüşdə Karni bildirib ki, Ottava Vaşinqtonla iqtisadi əməkdaşlığı gücləndirməyə hazırdır, lakin Trampın istədiyi kimi Kanadanın başqa bir ABŞ ştatına çevrilməsindən söhbət gedə bilməz. Kanadanın əmtəə olmadığını və heç vaxt satılmayacağını söylədi.
Tramp cavabında “Heç vaxt heç vaxt demə” deyib.
Amerika lideri qeyd edib ki, qeyri-mümkün görünən bir çox şeylər sonda mümkün olub.
Tramp Kanadanı ABŞ-ın 51-ci ştatı etmək niyyətini dəfələrlə bəyan edib. Onun sözlərinə görə, bu, Kanada iqtisadiyyatını sabitləşdirməyə və ölkənin təhlükəsizliyini gücləndirməyə kömək edərdi. Eyni zamanda o qeyd edib ki, Kanadanın ABŞ-a güc yolu ilə qoşulması son dərəcə az ehtimaldır.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər