Bütün xəbərlər
İş adamı qeyri-qanuni qızıl alverinə görə mühakimə olunacaq
Tarix: 06-05-2025 08:57 | Bölmə: Karusel

Krasnoyarsk diyarında təbii qızılın qanunsuz dövriyyəsi ilə bağlı cinayət işinin istintaqı yekunlaşıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müttəhim İrkutsk vilayətindən olan kommersiya təşkilatının rəhbəri olub.
Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib ki, təqsirləndirilən şəxs naməlum şəxslərdən təbii qızıl alırmış. Lakin onun yer təkindən istifadə hüququ üçün lisenziyası olmayıb.
İstintaqın məlumatına görə, həmin şəxs aldığı qızılı idarə etdiyi müəssisənin sənaye avadanlıqlarından istifadə edərək əridib.
"Cinayətkar vətəndaşlardan qızıl qırıntılarının alınması üçün qəbzlər düzəldib və bu yolla əldə edilən ərintini leqallaşdırıb", - Volk öz Telegram kanalında izah edib.
2022-ci ilin oktyabrında aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində Çita-Moskva qatarında 9 külçə aşkar edilib. Şübhəli şəxs saxlanılıb.
"Həbs zamanı həmin şəxsdən ümumi dəyəri 17 milyon rubldan çox olan 6 kq-a yaxın qızıl müsadirə edilib", - Volk bildirib.
Cinayət işinə İrkutsk şəhərinin Kirov Rayon Məhkəməsində baxılacaq.



Baxış sayı: 23


Bölməyə aid digər xəbərlər