Bütün xəbərlər
Hərbi komissarlığı yandırmağa cəhd edən 9 il müddətinə azadlıqdan məhrum edilib
Tarix: 06-05-2025 00:00 | Bölmə: Karusel

Moskvanın İkinci Qərb Dairə Hərbi Məhkəməsi Moldova vətəndaşı Maksim Vasyuku Moskva vilayətinin Volokolamsk şəhərindəki hərbi komissarlığı yandırmağa cəhd etdiyinə görə 9 il müddətinə azadlıqdan məhrum edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Məhkəmənin müəyyən etdiyinə görə, 2022-ci ilin noyabrında Vasyuk Telegram-da Ukrayna xüsusi xidmət orqanları ilə əlaqə saxlayıb və mükafat üçün hərbi komissarlığı yandırmağı təklif ediblər. Noyabrın 22-də o, Volokolamsk şəhərinə gedib və orada hərbi komissarlığın pəncərəsinə bir neçə şüşə “Molotov kokteyli” atıb və yoxa çıxıb. TASS FSB-nin Moskva və Moskva vilayəti üzrə idarəsinə istinadən xəbər verir ki, o, həmin gün saxlanılıb.
Onun barəsində bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq terror aktına cəhd maddəsi ilə cinayət işi açılıb.
Məhkəmə Vasuku 9 il müddətinə azadlıqdan məhrum edib, ilk 3 il həbsxanada, qalan müddəti isə ciddi rejimli cəzaçəkmə müəssisəsində keçəcək.



Baxış sayı: 20


Bölməyə aid digər xəbərlər